COVID-19 diaqnozu üçün bütün testlər "omikronu" müəyyənləşdirir
Koronavirusun diaqnozu üçün bütün testlər omiron virusunun yeni ştammını müəyyən edir. SİA xəbər verir ki, bu sözləri Rusiyanın Səhiyyə naziri Mixail Muraşko Rostovda işgüzar səfəri zamanı söyləyib.
"Biz görürük ki, yaradılmış və bu gün bazarda olan bütün testlər yeni koronavirus infeksiyasının, o cümlədən omikron ştammının səbəb olduğu diaqnozun qoyulması üçün işləkdir", deyə nazir jurnalistlərə bildirib.
Onun sözlərinə görə, terapiyanın ilk üç gündə başlaması son dərəcə vacibdir.
Bundan əlavə, Muraşko bildirib ki, COVID-19 xəstələri ən çox 6-7 gün ərzində həkimlərə müraciət edirlər, baxmayaraq ki, bu, ilk günlərdə edilməlidir. Bundan əlavə, onun sözlərindən məlum olub ki, Rusiyada “omicron”a “qeyri-idxal” yoluxma halları da müəyyən edilib.
Xatırladaq ki, omikron koronavirus ştammı ilk dəfə noyabrın sonunda Botsvana və Cənubi Afrikada müəyyən edilib. Çoxlu sayda mutasiyaların olması ilə xarakterizə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB