Amerikalı alimlər koronavirusun yayılmasının “gizli” yolunu tapıblar və müəyyən ediblər ki, SARS-CoV-2 antikorları da “aldatmağı” öyrənib. SİA xəbər verir ki, bu qənaətə Ohayo Dövlət Universitetinin mütəxəssisləri gəliblər.
Onların araşdırmalarına görə, koronavirus əvvəlcə virus hissəciklərinin buraxılmasını məhdudlaşdırır və hüceyrə membranlarının içərisində qalır, sonra isə onların vasitəsilə insan orqanizminin hüceyrələri arasında yayılır.
Bu, koronavirusun xəlvəti yoluxmasının bir növüdür. Nəticədə, insan immuniteti viral hissəciklərin yayılmasına müqavimət göstərə bilmir.
Həkimlər belə qənaətə gəliblər ki, virusun yayılmasının bu yolu ilə antikorlar daha az effektivdir. Koronavirusun yeni variantının hüceyrə membranı ilə birləşməyə başlaya biləcəyi görünür.
Həkimlər təkrarlayırlar ki, peyvənd ağır xəstəliklərdən və ölümdən qorunmağın yeganə yoludur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB