Omikron ştammından ilk ölüm qeydə alınıb ALMANİYADA

Omikron ştammından ilk ölüm qeydə alınıb ALMANİYADA

Koronavirusun omikron ştamından ilk ölüm Almaniyada qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Məlumata görə, Almaniyada koronavirusun omikron-ştammına yoluxma hallarının gündəlik dinamikasını təsvir edən İnstitutun internet saytındakı cədvəlin məlumatlarına əsasən, 60-79 yaş arasında olan bir şəxs dünyasını dəyişib. Digər təfərrüatlar açıqlanmayıb.

Xatırladaq ki, COVID-19-un omikron ştamından ilk ölüm halları artıq İsrail və Britaniyada müəyyən edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə