Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 187 nəfər dünyasını dəyişib.
SİA-nın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 353 152 nəfərin test edildiyi, 19 859 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 25 532 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 125 761 472 peyvənd tətbiq edilib ki, bunun 91,36 faizi birinci, 82,56 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB