Keyfiyyətli qəhvə nədən hazırlanmalıdır? - QİDA TEXNOLOQU AÇIQLADI

“Təzə çəyirdəkdən hazırlanmış keyfiyyəti olan qəhvələr akrilamid ehtiva etmirlər”. Bu sözləri SİA-ya açıqlamasında qida texnoloqu Ağa Salamov deyib.

“Özlərində insan sağlamlığı üçün heç bir təhlükə yaratmırlar, sinir sisteminə də heç bir zərərli təsiri yoxdur. Çünki, bu qəhvələr təbiidir. Lakin qəhvə qovrulduqdan sonra onu üç həftə ərzində istehlak etmək lazımdır. Əks təqdirdə qəhvə öz dadını, tamını və qoxusunu itirir. Marketlərdə hazır, paketlənmiş qəhvələr satılır, hansı ki bu qəhvələr suya tökdükdə tez bir zamanda hazır olur. Həmin qəhvələr də yüksək dərəcədə akrilamid maddəsi ehtiva edir. Bu maddə sinir sistemi xəstəliklərinə və xərçəng hüceyrəsinin yaranmasına səbəb olur ki, bu cür qəhvələrdən uzaq durmaq lazımdır. Lakin təzə olan qəhvələr hansı ki, qovrulmuş, üyüdülmüş keyfiyyətli dənələrdən hazırlanmış qəhvələr heç vaxt xərçəng riskini artırmır”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə