Həsən Babazadə – Pensilvaniya Universitetinin radiologiya şöbəsinin baş tədqiqatçısı, Ph.D., Yaponiyanın Kyoto Universitetinin Əczaçılıq fakültəsinin məzunudur.
Dr. Babazadə 2011-2014-cü illərdə Kyoto Universitetində bionanotexnologiya və əczaçılıq mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb. 2014-2016 illərdə Yaponiyanın The World Premier International Research Center Initiative (WPI), İnstitute for İntegrated Cell-Material Sciences mərkəzində çalışıb. 2016-cı ildən Amerikanın ilk universiteti sayılan Filadelfiya şəhərində yerləşən Pensilvaniya Universitetinin Raymond and Ruth Perelman School of Medicine tibb institutunda çalışır.
SİA Həsən Babazadənin "HafizTimes.com-a müsahibəsini təqdim edir.
-Hər il fevralın 4-də Dünya Xərçənglə Mübarizə Günü kimi (World Cancer Day) qeyd edilir. Çalışdığınız universitet və hospital da bu sahədə dünyaya ən son yenilikləri gətirən qabaqcıl mərkəzlərdəndir. Faktları öyrənmək və mifləri dağıtmaq üçün Həsən Babazadə nə söyləmək istəyər? Hazırda nə üzərində işləyirsiniz?
-Hazırda bir neçə layihə üzərində işləyirəm. Bilirsiniz ki, son bir neçə ildə Pensilvaniya Universiteti dünyaya çox mühüm və praktik yeniliklər gətirib hansı ki, indi yüz milyonlarla insanların həyatını xilas edir. Buna mRNA COVİD19 peyvəndini, dünyada ilk gen terapiyasını, xərçəng əleyhinə ilk CAR-T hüceyrə terapiyası və s. göstərmək olar.
Hazırkı tədqiqat maraqlarım əsasən xərçəngdə farmakoloji mexanizmləri müşahidə etmək üçün molekulyar görüntüləmə üsullarının hazırlanmasına yönəlib. Bu cür görüntüləmə metodlarını dünyada ilk dəfə biz yatarmışıq. Bu yaxınlarda “Journal of Nuclear Medicine” insanlar üzərində apardığımız T hüceyrələrini Pozitron Emissiyalı Tomoqrafiya (PET) ilə görüntüləyən minibody (qısa fraqmentli anticism) tətbiqinin faza 1 klinik tədqiqatın nəticələrini çap edib. Hazırda 2-ci faza kliniki sınaq getməkdədir. Sonuncu, 3-cü faza gələn ilə nəzərdə tutulub.
Onkoloji xəstələrdə faza kliniki sınaqları uğurla başa çatdıqdan sonra yaratdığımız minibody xəstələrə daha səciyyəvi diaqnoz və dəqiq müalicə strategiyalarını seçmək üçün bütün dünya onkoloq, radioloq və nüvə təbabəti həkimlərinin ixtiyarına veriləcək. İmmunoterapiya zamanı xərçəng əleyhinə reaksiyanı vizuallaşdırmaqla bədənin immun sisteminin şişlə necə qarşılıqlı əlaqədə olduğunu anlamaq məni xüsusilə maraqlandırır.
Bu problemləri həll etmək üçün biz immun sisteminin PET və Tək Foton Emissiyalı Kompüter Tomoqrafiyası (SPECT) ilə görüntüləməsi üçün radiotraserlər, genetik reporter sistemləri, həmçinin radioizotoplarla bağlanmış fraqment anticisimlər (diabody, minibody, nanobody) yaradırıq. Bu sahələr tibb, əczaçılıq və biomühəndisliyin qarşılaşdığı interdissiplinar sahələrdir. Bu yüksək dinamik və innovativ sahəyə müsbət töhfə verməkdən çox məmnunam.
-CAR-T terapiyası nədir və Azərbaycanda tətbiq olunurmu?
-Bu terapiya leykemiya, limfoma kimi xərçənglərə olduqca qüvvətli, lakin istehsalı çox mürəkkəb olan kompleks gen-hüceyrə terapiyasıdır. Ximerik antigen reseptorlu (CAR) T-hüceyrələri xərçəng hüceyrələrini hədəf alacaq şəkildə laboratoriyada dəyişdirilir və xərçənglə mübarizə üçün yenidən xəstəyə qaytarılır. Bu müxtəlif xərçəng növlərinin müalicəsində əhəmiyyətli faydalar verir. İlk dəfə 2017-ci ildə Pensilvaniya Universiteti və Filadelfiya Pediatrik Xəstəxanası uşaqlarda acute lymphoblastic leukemia (ALL) üçün ABŞ Qida və Dərman Agentliyindən (FDA) CAR-T terapiyasına razılıq aldı. Vaxtilə ölüm faizi çox yüksək olan bu xəstəliyin, CAR-T terapiyanın tətbiqindən sonra sağalma göstəricisi 90%-i keçir. Bu çox böyük nailiyyət və göstərici olsa da bəzi problemlər hələ də qalmaqdadır. Xüsusilə CAR T-hüceyrələrinin bədəndə paylanmasını, canlılığını və miqdarını izləmək üçün lazım olan diaqnostik üsullar yoxdur. Ona görə də müalicəni izləmək və effektivliyini qiymətləndirmək çox çətindir və dolayıdır. Üzərində işlədiyim layihələrdən bir neçəsi bu problemin həllinə fokuslanıb.
Bu məhdudiyyəti aradan qaldırmaq üçün CAR T-hüceyrələrini izləyə bilən yeni reporter gen kimi çıxış edən RNA aptamer (qısa RNA zənciri) hazırladıq. Bu barədə 2022-ci il iyun ayında Vankuverdə keçiriləcək SNMMİ cəmiyyətinin beynəlxalq konfransında çıxış edəcəyəm. Digər istiqamət insan immun sistemi aktivləşməsinə cavabdeh CD69 markerini izləmək üçün yeni molekulyar prob hazırlamaqdır. Bu xüsusilə immunoterapiya alan onkoloji xəstələrə çox vacibdir.
Əfsuslar olsun ki, hələlik CAR-T terapiyası dünyanın çox az mərkəzində tətbiq oluna bilir. Bunun həm qanuni tənzimləyici, həm də texniki səbəbləri var. Bu bildiyimiz inyeksiya oluna biləcək dərman deyil və bu cür müalicə metodlarını tətbiq etmək üçün yüksək səviyyəli biotexnoloji istehsal olmalıdır. Ona görə ki, “dərman” insandan alınan, genetik modifikasiya olunub yenidən insana qaytarılan canlı hüceyrələrdir. Genetik modifikasiyaları təqdim etmək üçün bir çox hallarda viruslardan istifadə edirik hansı ki, istehsal prosesini bir az da qəlizləşdirir.
-Onkoloji xəstəliklərdə immunoterapiya ən müasir müalicə üsullarındandır. Hətta üsulu kəşf edən insanlardan biri sizin məzunu olduğunuz Kyoto Universitetinin professor Tasuku Honjodur və bu işlərinə görə 2018-ci ildə Nobel mükafatı alıb. Qeyd etdiniz ki, bu sahədə də işlər görürsünüz. Daha nə əlavə edərsiniz?
-Bəli, immunoterapiya onkoloji problemlərə ən müasir yanaşmalardandır və ümumilikdə dünyada onkoloji xəstəliklərin artım trempinin istiqamətini azalmağa doğru dəyişib. Əfsuslar olsun ki, onkoloji xəstələrin yalnız 25-30%-i bu müalicəyə müsbət cavab verir və bunun səbəbi tam aydın deyil. İmmunoterapiya kontekstində də prosesləri müşahidə etmək üçün mövcud görüntüləmə vasitələri yoxdur. Bu problemi aradan qaldırmaq üçün – yəni onkoloji xəstənin terapiyaya cavab verib verməyəcəyini müalicə başlamazdan əvvəl müəyyən etmək üçün, qeyri-invaziv texnologiya hazırlayırıq və bu istiqamətdə xeyli iş görmüşük. Bu məqsədlə, insan immun aktivləşdirmə markeri olan CD69-a hədəflənən pozitron tomoqrafiyası üçün diabody (qısa ölçülü fraqment anticism) yaratdıq. Gələn il bu məhsulun patenti və insanlarda klinik fazalara daxil olunması nəzərdə tutulub.
-Qeyd etdiniz ki, CAR-T terapiyası leykemiya, limfoma kimi onkoloji xəstəliklərə qarşı çox qüvvətlidir. Bəs digər xərçəng növlərinə necə?
-Qaldırdığınız suallar bir növü bu sahənin pilləli inkişafı zamanı dünya alimlərinin qarşılaşdığı suallardır. Hazırda CAR-T terapiyası leykemiya, Non-Hodgkin limfoma, Hodgkin limfoma və miyeloma kimi qan və sümük iliyi xərçənglərində effektlidir. Digər bitişik toxuma və orqan şişlərinə terapevtik təsiri yoxdur. Bu sahədə bir neçə biotexnologiya və əczaçılıq şirkətləri ilə sıx əməkdaşlıq edirik. Bu problemi həll etmək üçün yeni tip genetik modifikasiyalı hüceyrələr – CAR-Makrofaqları yaratmışıq. Keçən il bu layihənin pre-kliniki fazası mənim başlıca işlərimdən olub və alınan data əsasında insanlara dozalanma müəyyən edilib, FDA təsdiqi üçün yeni müalicə metodu göndərildi. Artıq insanlarda faza 1 mərhələsi başlayıb. Bu layihənin nəticəsi CAR-T qədər qlobal olacaqdır, amma xeyli iş hələ qarşıdadır.
-Söhbətimizin əvvəlində qeyd etdiniz ki, genetik modifikasiyalı CAR-T hüceyrələrin, o cümlədən də CAR-Makrofaqların alınmasında canlı viruslardan istifadə edirsiniz. Çox maraqlıdır, onları hansı məqsədlərlə istifadə edirsiniz və bu virusların təhlükəsizliyinə nə cür nəzarət olunur?
-Bütün proseslərdə transduksiya zamanı xarici genetik materialın insan T və ya makrofaqlarına daimi yeridilməsi üçün lentivirus və ya adenovirus kapsidlərdən istifadə edirik. Biotexnoloji prosesin bir hissəsi kimi, bu tip virusları laboratoriyalarda yaradırıq. Bir növü virusun öz genini insan hüceyrəsinə daxil etmək qabiliyyətindən öz məqsədlərimiz üçün istifadə edirik. Bu halda bizə lazım olan geni (məsələn CAR genini) virusa kodlaşdırırıq. Daha sonra həmin virusu istehsal edirik və onkoloji xəstədən alınmış T immun hüceyrələrini (gələcəkdə də makrofaqları) yoluxdurub CAR genini hüceyrə xromosoma daimi daxil edirik. Daha sonra həmin hüceyrələri xəstənin orqanizminə geri qaytarırıq. Bu cür aktivləşmiş CAR-T hüceyrələri orqanizmdə olan xərçəngi məhv edir. Bu viruslar virulent olmadığına görə 2-ci dərəcəli biotəhlükəsizlik səviyyəsi kifayət edir(Medicina.az).
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət 15 Oktyabr 12:45Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 15 Oktyabr 12:44Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır - Prezident
Siyasət 15 Oktyabr 12:41Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb
Siyasət 15 Oktyabr 12:40Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...
Siyasət 15 Oktyabr 12:12Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



