Bolqarıstanın Qida Təhlükəsizliyi Agentliyi bazar ertəsi ölkədə bir sənaye fermasında Afrika donuz vəbasının yayıldığını təsdiqləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, paytaxt Sofiyadan təxminən 130 kilometr cənub-şərqdə yerləşən Radinovo kəndindəki fermada təxminən 180 baş donuzun saxlanıb böyüdüldüyü aşkar olunub. BFSA, xəstəliyin aradan qaldırılması üçün tədbirlərin görüldüyünü və fermadakı bütün donuzların məhv ediləcəyini açıqlayıb.
Qurumun verdiyi məlumata görə, Bolqarıstanda sənaye fermasında bu il ikinci dəfə Afrika donuz vəbası yayılıb. İlk epidemiya avqust ayında başqa bir fermada görülüb və təxminən 13,000 donuz virusa yoluxub. Rəsmi rəqəmlərə görə, 2019-cu ildə Bolqarıstanda təxminən 140.000 ev donuzunun bu xəstəliyə tutulduğu və bu say əvvəlki ilə nisbətən 2020-ci ildə 46% azalıb. Digər tərəfdən, yüksək səviyyədə yoluxucu xüsusiyyəti olan donuz vəbası insanlara keçmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB