Covid-19 problemi getdikcə böyüyür

Covid-19 problemi getdikcə böyüyür

Almaniya hökumətinin elçisi Şteffen Zaybert hər gün yeni növ koronavirusa (Covid-19) yoluxma hallarının artmasından narahat olduqlarını bildirib. SİA xarici mətbuata istinadən bildirir ki, gündəlik yoluxma sayının keçən ilki rəqəmləri aşdığına və bu artımla xəstəxana və reanimasiya şöbələrində yatan xəstələrin sayının da artdığına diqqət çəkib.

Almaniyada gündəlik yoluxma hallarının sayı epidemiya başlayandan bəri ən yüksək həddə çatıb. Son 24 saatda 37 min 120 nəfərdə covid-19 aşkarlanıb, virusa yoluxan 154 nəfər ölüb. Ölkədə ümumi yoluxma sayı 4 milyon 709 min 488, ölənlərin sayı isə 96 min 346-ya yüksəlib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə