Yüksək riskli Covid geni aşkar edilib

Yüksək riskli Covid geni aşkar edilib

İngiltərənin Oksford Universitetində işləyən alimlər Covid-19-dan törəyən, ağciyər çatışmazlığı və xəstəlikdən ölüm riskini ikiqat artıran yeni gen xəstəliyi aşkar ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu yüksək riskli gen xəstəliyi Avropa əsilli insanların yüzdə 15 faizində, Cənubi Asiya əsilli insanların 60 faizində aşkar edilib. Alimlər qeyd edir ki, geni daşıyanların ağciyərləri bu qədər mənfi təsirlənsə də, onların immun sistemlərinin zəifləməməsi də diqqəti çəkib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə