Uşaqların Sinovacla peyvəndlənməsi təsdiqlənib KORONAVİRUSA QARŞI
İndoneziya Qida və Dərman İdarəsi bazar ertəsi günü 6 yaşdan yuxarı uşaqlar üçün Sinovac Biotech tərəfindən istehsal olunan COVID-19 üçün Çin Sinovac peyvəndini təsdiqləyib. SİA xəbər verir ki, bu barədə “Jakarta Globe” qəzeti məlumat yayıb.
Nəşr xatırladır ki, əvvəllər ölkədə yalnız 12 yaşdan yuxarı uşaqlara peyvənd vurulmasına icazə verilirdi.
"Pandemiya sona çatmaq üzrə deyil və biz COVID-19-a qarşı peyvənd etməyə davam etməliyik. İnanıram ki, uşaqlar həssas əhali qrupuna aiddir və biz 6 və daha yuxarı yaşlı uşaqları peyvənd etməyə başlaya bilərik", deyə şöbə müdiri Penny Lukito bildirib.
Qəzet qeyd edir ki, təsdiq 96% immunogenlik səviyyəsini nümayiş etdirən klinik sınaqların iki uğurlu mərhələsindən sonra edilib.
Xatırladaq ki, İndoneziya yanvarın 13-də peyvənd proqramına başlayıb və bu müddət ərzində 194 milyon dozadan çox dərman tətbiq edilib, 74 milyon insan tam peyvənd olunub.
Səhiyyə Nazirliyinin məlumatına görə, 12-17 yaş arasında olan 26 milyondan çox uşaq peyvəndin ən azı bir dozasını alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB