Siqaret tüstüsünə məruz qalan uşaqda qan təzyiqi yaranır

Siqaret tüstüsünə məruz qalan uşaqda qan təzyiqi yaranır

ABŞ-da aparılan və “JAMA Network Open” jurnalında yayımlanan araşdırmanın nəticələrinə görə, tütün tüstüsünə məruz qalan uşaqların 6 faiz yüksək qan təzyiqi var. Bu nisbət tüstüyə məruz qalmayan uşaqlarda 4 faiz olaraq qeydə alınıb.

Tədqiqatda tütün tüstüsünə məruz qalanları “siqaret çəkən, siqaret çəkənlə birlikdə yaşayan və ya qanında hər litrədə 0,05 mikrogramdan çox nikotin olan uşaqlar” kateqoriyalarına ayırıb.

New Yorkdakı Montefiore Tibb Mərkəzinin tədqiqatçılarından Dr Rebecca Levy, balaca yaşda siqaret tüstüsünə məruz qalmanın yetkin yaşa qədər davam edən mənfi nəticələrə səbəb ola biləcəyini bildirib. Levy-nin sözlərinə görə siqaret çəkən ailələrin övladlarının gələcəkdə siqaret çəkmələri güçlü ehtimal olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə