Koronavirus bu əraziyə də yayılıb

Koronavirus bu əraziyə də yayılıb

Dünya koronavirusla mübarizə apararkən, virusun müşahidə olunmadığı nadir bölgələrdən biri olan Sakit Okean hövzəsində yerləşən Tonqa krallığından pis xəbər gəlib. Ada ölkəsi ilk hadisəni açıqlayıb. Milyonlarla insanın həyatına son qoyan virus 2 ilə yaxındır həyatımızdadır. SİA xarici mətbuata istinadən bildirir ki, koronavirusun yoluxmadığı nadir bölgələrdən biri olan Tonqada ilk yoluxma aşkarlanıb. “Tanoa” otelində aparılan rutin testlərdən sonra bir nəfərdə Covid-19 testinin müsbət olduğu müəyyən edilib. Sözügedən şəxsin kimliyi açıqlanmasa da, onun adaya Yeni Zelandiyadan gəldiyi paylaşılıb.

Onu da qeyd edək ki, Tonqa virusun görülmədiyi nadir yerlərdən biri olduğu üçün pandemiyanın başlanğıcından bəri ən təhlükəsiz bölgələrdən biri kimi göstərilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə