Hər bir vətəndaşın sağlamlığı naminə bu işlə mübarizə aparmalıyıq - Nazir müavini
Təəssüflər olsun ki, saxta COVİD pasportu alanlar var və tibb işçiləri arasında da buna gedənlər var.
SİA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov jurnalistlərə deyib.
O qeyd edib ki, tibb işçilərini də bu işə vadar edən insanlarımızdır, əhalimizdir: “Deməli biz işimizi ikitərəfli aparmalıyıq. Həm tibb işçilərinin məsuliyyətini artırmalıyıq ki, bu yola getməsinlər, eyni zamanda əhalidən də xahiş edək ki, bu yola getməsinlər. Hər bir vətəndaşın sağlamlığı naminə bu işlə mübarizə aparmalıyıq”.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB