Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39810 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14015, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25795 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9037099, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4903419, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4133680 təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB