İmmuniteti sürətləndirən albalı sapının çayı insan orqanizminə hansı faydaları var? SİA xarici mətbuata əsasən bildirib ki, albalı sapının bir çox sağlamlıq problemində, xüsusən də kilo vermədə dəstəkləyici rol oynadığı bilinir. Bəs albalı sapını necə istifadə etmək olar?
1. Albalı sapı iltihab əleyhinə, antiseptik, sakitləşdirici, sidikqovucu və laksatif təsirlərə malikdir.
2. Maddələr mübadiləsini tənzimləməyə kömək edir, yağ və selülitin aradan qaldırılmasına kömək edir və dərinin elastikliyini bərpa edir, çünki bədəndən toksinlərin çıxarılmasını dəstəkləyir.
3. Bağırsaq sağlamlığını normallaşdırmağa da kömək edir. Albalı sapları əsrlər boyu fitoterapiyada təsirli və təhlükəsiz bir üsul olaraq istifadə edilib.
4. Albalı sapları sidikdəki və ümumiyyətlə həzm prosesindəki bədən tullantılarının atılmasını təşviq edir, şişkinliyin qarşısını almağa və ayaqlarda ödəmin azaltmağa kömək edir.
5. Albalı sapları bədənin təbii detoksifikasiya prosesinə kömək edir.
6. Albalı sapının faydalarını əldə etmək üçün onu çay kimi içmək lazımdır. Çay üçün təzə və ya qurudulmuş saplardan istifadə etmək olar.
1 litr qaynar suya 5 xörək qaşığı sap əlavə edin.
5 dəqiqə qaynatın.
Üstünü örtün və 15 dəqiqə saxlayın.
Abutel İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB