Həyat boyu kifayət qədər su istehlakı ürək çatışmazlığı riskini azalda bilər.
Avropa Kardiologiya Cəmiyyətinin 2021-ci il konqresində, təqdim edilən araşdırmanın nəticələrinə görə, ömür boyu kifayət qədər su istehlakı bədənin suya olan ehtiyacını təmin etdiyi üçün ürək çatışmazlığı riski də azalır. SİA bu barədə türk mətbuatına istinad edir.
Araşdırmada qadınlara gündə 1,6 ilə 2,1 litr arasında su içmələri tövsiyə edilərkən, kişilər üçün gündəlik su istehlakı 2 ilə 3 litr arasında olub.
Qeyd edək ki, Qlobal miqyasda aparılan araşdırmalar, bir çox insanın gündəlik gözlənilən su istehlakının minimum həddinə belə çatmadığını ortaya qoyur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB