Bu günlərdə ABŞ-dan olan tədqiqatçılar, işçilərin uzun müddət havalandırılmayan otaqlarda işlədikləri zaman yorğunluğun dərəcəsinin artdığını təsbit ediblər. Üstəlik, ofis havası bilişsel funksiyana təsir edə bilər, yəni yaddaşı və diqqəti poza bilər.
Bu barədə SİA “Reedus”a istinadən xəbər verir.
Qeyd edək ki, tədqiqatçılar altı ölkədən 18-65 yaş arası 300 -dən çox ofis işçisinin iştirak etdiyi bir araşdırma aparıblar. Onlar Çin, Hindistan, Meksika, Tayland, ABŞ və Böyük Britaniyadakı insanların iş şəraitini öyrənmək qərarına gəliblər.
Araşdırma zamanı insanların zaman-zaman idrak funksiyasını yoxlamaq üçün xüsusi olaraq hazırlanmış testlər etmələri tələb olunurdu. Bu zaman yaddaş performansı və konsentrasiya qabiliyyəti qiymətləndirilib.
Tədqiqatçılar, havadakı PM2.5 konsentrasiyasının və karbon qazının səviyyəsindəki artımın ofis işçilərinin test nəticələrini pisləşdirdiyini aşkar ediblər. İş yerindəki rifahı və idrak qabiliyyətlərini yaxşılaşdırmaq üçün elm adamları ofisi mütəmadi olaraq havalandırmağı məsləhət görürlər.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB