Nəqliyyat səs -küyü insan sağlamlığını pisləşdirən ikinci amildir
Bu günlərdə daninarkalı elm adamları apaqrdıqları təcrübəyə əsasən uzun müddət nəqliyyat səs- küyünə məruz qalan insanların tez alzheimer xəstəliyinə məruz qaldıqlarını müəyyən ediblər. Qeyd edək ki, bu xəstəlik sinir sisteminin əsasən yavaş irəliləyən, irsi və ya qazanılmış xəstəliklər qrupuna aid edilir.
Deməli, elm adamları, yaşayış binalarında uzun müddət yol səs-küyünə məruz qalma ilə 60 yaşdan yuxarı 2 milyon yetkinin düşüncə pozgunluğu riski ilə əlaqəsini təhlil ediblər. Nəticə isə elə də ürəkaçan olmayıb. Belə ki, tədqiqat dövründə elm adamları 103,5 min yeni demans, yəni düşüncə pozgunluğu hadisəsi qeydə alıblar. Onu da deyim ki, tədqiqat dövrü üçün ilk olaraq 5 il götürülüb.
Qeyd edək ki, elm adamlarına görə, nəqliyyat səs -küyü hava çirkliliyindən sonra əhalinin sağlamlığını pisləşdirən ikinci amil hesab olunur.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB