Koronavirusdan 75 qat daha ölümcül virus?..

Koronavirusdan 75 qat daha ölümcül virus?..

Xəbər verildiyi kimi, Hindistanda koronavirusdan 75 qat daha ölümcül virus aşkarlanıb

SİA bu barədə "The Sun" qəzetində yer alan məlumata istnad edir.

Qəzetin xəbərinə görə polis yarasalardan yayılan virusa yoluxaraq həyatını itirən uşağın evinin ətrafını mühasirəyə salıb. Malappuram və Kannurda həyəcan vəziyyəti elan edilib. Ölən uşaqla təmasda olan 188 nəfərin kimliyi müəyyən edilib. Onlardan 20-nin vəziyyəti ağırdır.

Kerala səhiyyə naziri Veena George, infeksiyanın şənbə günü Milli Virologiya İnstitutu (NIV) tərəfindən təsdiqləndiyini bildirib.

Qeyd edilir ki, "Nipah", yeni tip koronavirusdan 75 qat daha ölümcüldür. Şiddətli beyin şişməsi, qusma və qəş etmək kimi simptomlarla özünü göstərən virusun potensial olaraq pandemiyaya səbəb ola biləcəyindən təşviş duyulur.

Bütün xəbərlər Facebook səhifəmizdə