İnsan sağlamlığına ən çox zərər verən “fast food” (...bizlərdə gərək ki, buna “atüstü” deyirlər) məhsulları qazlı sular və trans yağlı yeməklərdir.
SİA bu barədə qidalanma üzrə rusiyalı mütəxəssis Elena Solomatinaya istinad edir.
Rusiyalı həkimin sözlərinə görə, insan üçün ən zərərli içkilərdən biri qazlı içkilərdir.
Belə ki, bu içkilərin içilməsi bədənə müxtəlif doldurucularla qlükozanın daxil edilməsidir. Qaz selikli qişaları qıcıqlandırır, şəkər və fosfat boyaları ilə birlikdə əmilir.
Həkimə görə, zərərliliyinə görə ikinci yerdə hüceyrələrimizi məhv edən və kanserogen olan trans yağlı yeməklərdir.
Qeyd edək ki, bu cür qidaların təhlükəsinə diqqət çəkən rusiyalı həkim bu məhsulların tərkibində çox miqdarda qatqı olması səbəbindən insanda asılılıq yaratdığını da bildirib.
Nazlı Babayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB