"Delta ştammı" ilə bağlı qapanmalara gedilir? - DİQQƏT! - HƏKİM VƏ SOSİOLOQ AÇIQLADI
“Delta ştammı hal-hazırda Azərbaycanda aşkar olunmayıb. Ancaq bu o demək deyil ki, bu ştammın Azərbaycana gəlməsi ləngiyə bilər. Çünki, qonşu respublikaların hamısında bu ştamma tutulmaların qeydiyyata alınması mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev deyib.
Onun sözlərinə görə, buna baxmayaraq son günlər yoluxma sayında artım müşahidə olunsa da, qapanmalara yox açılışa doğru getmişik: “İnşallah bu açılışların davam gələr. Yenə də insanlarımız özünü gözləməlidir. Qapanma olması ilə bağlı isə rəsmi mənbə yoxdur. Çünki, qapanma ilə bağlı gedişatdan və xəstəliyin artıb-azalmasından asılı olaraq qərar verilə bilər. Düşünürəm ki, tələsmək lazım deyil”.
Məsələ ilə bağlı sosioloq Lalə Mehralı da münasibət bildirib: “Bu barədə qarşıma çox məlumat çıxsa da, heç biri hələ ki, rəsmi deyil. Yəqin ki, bu dəqiqləşəcək. Amma bütün hallarda istəməzdik ki, qapanmalar olsun. Lakin, biz qapanmalar sayəsində normal həyata dönüş etmişik”.

Sosioloq sözlərinə belə davam edib: “Qapanmaları həyata keçirərkən metroları və digər ictimai nəqliyyat vasitələrinin fəaliyyətini də nəzərə almaq lazımdır. Metro fəaliyyətini dayandırdıqda insanlar bir il yarım müddətində çox əziyyət çəkdi. Bütün bunlar düşünülməli, avtobus sayları artırılmalıdır. Bu kimi hallarda insanların rahatlığını düşünərək qapanmalara getmək lazımdır. Amma keçən dəfəki kimi metro bu qədər bağlı olacaqsa, insanlar bu qədər əziyyətlə işə gedib gələcəksə, təbii ki, narazılıqlar da çox olacaq”.
“Düşünürəm ki, toylara icazə verməzdən əvvəl düşünülməli idi ki, adi gündə restoranda 100-150 nəfər zatən olur. Amma toy üçün maska tələb edirlər. Gündəlik gedilən restoranda isə bu tələb olunmur. Qərar verdikdə bu təzad nəzərə alınmalıdır. Belə şeylər insanlarda qıcıq yaradır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB