Xəbər verildiyi kimi, Rusiyada təsdiqlənmiş rəqəm sayına görə, koronavirusa yoluxanların sayı hər gün artmaqdadır. Belə ki, ötən gün bu bəlaya yoluxanların ümumi sayı 25 min 766 nəfər olub. Beləliklə, ümumilikdə koronavirus yayılandan bəri Rusiyada 5 milyon 733 min 218 nəfər bu xəstəliyə tutulub. Qeyd edək ki, bu barədə Rusiyada fəaliyyət göstərən yeni infeksiya ilə mübarizə üçün federal əməliyyat qərargahı məlumat yayıb.
Bildirək ki, yoluxmaların sayında yenə də Moskva və şəhərin bölgələri liderlik edirlər. Məsələn, son açıqlamalara görə, Moskva bölgələri də daxil olmaqla 2 min 545, Sankt-Peterburqda isə 1 min 951 koronavirusa yoluxmuş xəstə qeydə alınıb.
Onu da bildirək ki, ötən gün Rusiyada koronavirusa yoluxmuş 734 xəstə ölüb.
Qeyd edək ki, Rusiya ərazisinin genişliyini nəzərə alsaq, təbii ki, burada koronavirusa yoluxmuş xəstələrin qeydə alınmasında qeyri dəqiqliyə yol verilməsi də istisna olunmur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB