Xərçəngin çarəsi tapıldı - ŞOK HADİSƏ

Xərçəngin çarəsi tapıldı - ŞOK HADİSƏ

Alimlərin araşdırması nəticəsində məlum olub ki, aspirin digər dərmanlarla birlikdə istifadə olunduqda xərçəng xəstələrində ölüm riskini 20 faizə qədər azaldır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu, Kardif Universitetinin alimləri tərəfindən aparılan araşdırmada məlum olub. Ağrıkəsici kimi bilinən aspirinin istifadəsi digər müalicələrlə birlikdə əhəmiyyətli nəticələrə səbəb olur.

Tədqiqatlar göstərir ki, aspirin ölüm riskini azaltmaqla yanaşı, xərçəngin bütün bədənə yayılmasını dayandırmağa kömək edir. Aspirinin xərçəng xəstələrində təsirli, effektiv və təhlükəsiz olduğu sübut olunub. 50 ildən çoxdur aspirinin təsirlərini araşdıran Kardif Universitetinin professoru və aparıcı tədqiqatçısı Peter Elvood bunları deyib: "Xərçəng diaqnozundan sonra hər an aspirin istifadə edən xəstələrin digər xəstələrə nisbətən 20 faiz daha sağ qaldığını gördük”.

Tədqiqat çərçivəsində elm adamları 18 fərqli xərçəng növü olan 250 min insanı müayinə edib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə