“Koronavirus heç vaxt bitməyəcək” - ALİM AÇIQLADI

“Koronavirus heç vaxt bitməyəcək” - ALİM AÇIQLADI

Fransa alimi Covid-19-un bitməyəcəyini və davamlı dəyişimə məruz qalacağını vurğulayıb. SİA bu barədə məlumatı xarici mətbuata istinadən verir. Fransanın Covid-19 pandemiyasına qarşı apardığı mübarizəni qiymətləndirən isveçrəli epidemioloq və yoluxucu xəstəlik mütəxəssisi proffessor Didier Pittet deyib: "Bir daha əsla getməyəcək bu virusla yaşamağı öyrənməliyik. Virusların təbii bir təkamülü var və zamanla inkişaf edir, əks təqdirdə sağ qalmazdılar. "Delta" variantı daha yoluxucu və daha ölümcüldür, bu əslində normaldır. Bir virusun hakim olması üçün daha çox yayılmalı, daha yoluxucu olmalıdır. Ən çox peyvəndi olan ölkələrdə ən çox qorxulan variantlar ortaya çıxıb. Virus özünü daha davamlı hiss edir. Dəyişməlidir. Tamamilə yox olmayacaq, davam edəcək. Hər kəsin Covid-19-dan immunitet və ya antitel qazanması illər alacaq. Koronavirus heç vaxt bitməyəcək. Bu virusla yaşamağı öyrənəcəyik. Hamımız uşaqlıqdan tutduğumuz dörd böyük koronavirus ailəsi ilə yaşayırıq. Bu 4 koronavirusa qarşı qorunma əldə olunub, immunitetə sahib olmaq üçün illər lazımdır. Peyvənd əvvəlki həyata qayıtma mərhələlərini sürətləndirməyə kömək edir. 4-cü, 5-ci və 6-cı dalğa yaşana bilər. Nə qədər çox insan peyvənd olsa, risk o qədər az olar. Çünki virus peyvənd olunan şəxsə yoluxsa belə, başqa adama keçə bilməz. Test olunmağı unutmayın. Bundan əlavə, sağlamlıq pasportlarından istifadə etmək lazımdır”.

Qeyd edək ki, isveçrəli professor may ayında 200 səhifəlik bir hesabat təqdim edib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə