Koronavirusdan ölüm nisbəti 1-2 faizdən 5-10 faizə yüksələ bilər - RUSİYADA

Koronavirusdan ölüm nisbəti 1-2 faizdən 5-10 faizə yüksələ bilər - RUSİYADA

Rusiyadakı N.F.Qamalei adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintzburq koronavirusun davamlı mutasiyaları sayəsində ölüm həddinin 1-2 faizdən 5-10 faizə qədər arta biləcəyini bildirib. Akademikin fikrincə, bunun qarşısını almaq üçün peyvənd olunmaq lazımdır.

Virusun son bir neçə həftədə xüsusilə aktuallaşdığını bildirən Gintzburq əlavə edib ki, COVID-19-a səbəb olan gərginliyin davamlı olaraq mutasiyaya uğradığı açıq şəkildə ortaya çıxmaqdadır.

Qeyd edək ki, mərkəz direktoru Rusiya Səhiyyə Nazirliyinin əvvəllər xəstə olanlar da daxil olmaqla, hər altı aydan bir koronavirusa qarşı revaksinasiya tətbiq edilməsi barədə qərarını dəstəkləyib.

Yeri gəlmişkən bildirək ki, bir müddət bundan əvvəl N. F. Qamalei Mərkəzinin elmi işlər üzrə direktor müavini Denis Loqunov COVID-19 qarşı vurulan vaksinlərin, son günlər Rusiyda yayılan koronavirusun ”Hindistan” növünə qarşı da təsirli olduğunu bildirib.

Qeyd edək ki, koronavirusun ”Hindistan” növü daha yoluxucu bir variant sayılır və simptomların daha sürətli başlanğıcına sahibdir.

Xatırladaq ki, son 24 saat ərzində Rusiyanın 85 bölgəsində 20616 yeni koronavirus hadisəsi aşkar edilib və 652 nəfər həyatını itirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə