Təzyiq aparatları niyə düz göstərmir? - FAKTLAR - HƏKİMLƏR AÇIQLADI - SORĞU

“İnsanlar təzyiq ölçərkən çox ehtiyatlı davranmalıdırlar. Əgər, təzyiq aşağıdırsa, aparat yüksək göstərirsə, bu zaman düzgün olmayan dərmanlardan istifadə edirlər. Bu da arterial təzyiqin düşməsinə kollabsa səbəb olar”. Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Xatirə Əliyeva deyib.

Onun sözlərinə görə, təzyiq aparatları insanda arterial təzyiqi ölçmək üçün istifadə olunan cihazlardır: “Bunlar da əsasən müxtəlif cür olur. İlk təzyiq aparatları civəli təzyiq aparatları olub. Bu aparatlar arterial təzyiqi düzgün şəkildə ölçən ən mükəmməl aparatlar olub. Sonradan texnikanın inkişaf etməsi ilə müxtəlif cür təzyiq aparatları meydana gəlib. Bunlardan biri də tam elektron aparatlardır. Hansı ki, bilək nayihəsinə taxılır və üzərində də elektron tablosu olur. Lakin həmin təzyiq ölçən aparatlar o qədər düzgün ölçmür. Bu aparatlardan istifadə edərkən mütləq sükut halında olmalıdır”.

Xatirə Əliyevə fikirlərinə davam edərək bildirib ki, ikinci təzyiq ölçən aparatlar yarım elektron aparatlardır: “Bu aparatlar iki hissədən ibarət olurlar: mexaniki və elektron. Mexaniki hissə qola bağlanan hissədir və rezin armuddan ibarətdir. Rezin armud vasitəsilə hava doldurulur, havanı buraxdıqda elektron tabloda sistolik təzyiq, diastolik təzyiq və nəbz göstəriciləri qeydə alınır. Son zamanlar mexaniki aparatlardan daha çox istifadə olunur. Bunlardan biri də dirsəyə yerləşdirilir və tanometrdən maksimal və minimal təzyiq qeydə alınır”.

Mövzuya həkim-infeksionist Namiq Nəbiyev fikir bildirib: “İnsanlar son zamanlar müəyyən baterika ilə yəni element şəklində işləyən təzyiq ölçənlərdən istifadə edirlər ki, bu da istər-istəməz təzyiqin düzgün ölçülməməsinə təsir edir. Baterikanın istifadə müddəti keçdikcə enerjinin oraya daxil olması azaldıqda həmin təzyiqölçən istədiyi şəkildə dəyişə bilir. Ona görə də, həmişə istifadə etdiyimiz civə sütunlu tanometrdən istifadə edilməsi məsləhət görülür".

Namiq Nəbiyev həmçinin qeyd edib ki, həmin təzyiq ölçən cihazı alarkən açılmamış olmasına və hava keçirməməsi diqqət edilməlidir: “İnsanların etibar etdiyi aparatlardan istifadə etmələri məsələhətdir”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə