Türkiyənin koronavirusa qarşı sınaqdan keçirdiyi peyvəndin adı açıqlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus əleyhinə yerli peyvənd sınaqlarının üçüncü mərhələsinin başladığını elan edib.

SİA-nın məlumatına görə, dövlət başçısı bildirib ki, yerli istehsal olan peyvənd "TURKOVAC" adlanıb:

"Koronavirusa qarşı yerli peyvənd sınaqlarının üçüncü mərhələsi ilə Türkiyə bu sahədə yeni bir səhifə açır".

R.T.Ərdoğan onu da qeyd edib ki, Türkiyədə bir neçə həftə ərzində koronavirusa qarşı vaksinasiya prosesi 18 yaşdan yuxarı əhalinin hamısını əhatə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə