Bəzi dünya diyetoloqları səhər yeməyindən imtinanın faydalı olduğu barədə mülahizə yürüdüb, ümumiyyətlə, bunun faydalı olduğunu bildirsələr də, bu sahə ilə əlaqəli olan digər elm adamları bununla razılaşmırdılar.

Qeyd edək ki, hazırda bəzi həkimlər bunun orqanizm üçün zərərli olduğunu iddia edir.

SİA bu barədə ABŞ-ın Oqoya Universitetinin tədqiqatlarına əsaslanaraq “Proceedings of Nutrition Society” nəşrində yer alan materiala istinad edir.

Beləliklə, amerikalı mütəxəssislər 19 və daha yuxarı yaşda olan 30.889 amerikalı arasında səhər yeməyii ilə bağlı sorğu keçiriblər. Sorğu zamanı fikri öyrənilənlərin təqribən 15,2 faizi və ya 4924 nəfər səhər yeməyi yemədiklərini bildiriblər. Maraqlıdır ki, həmin şəxslər üzərində əlavə araşdırma apardıqdan sonra mütəxəssislər səhər yeməyindən imtina edənlərin vacib qida maddələrinə malik olmadığını, yəni daha az vitamin və mineral istehlak etdiklərini aşkar ediblər.

...Fərq xüsusilə folik turşusu, kalsium, dəmir, B2, B3, C və D vitaminlərinin istehlakında nəzərə çarpıb.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə