Kartizol nədir?

Bədən stress altında olduqda ən vacib stress hormonu olan kortizol sərbəst buraxır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı türk həkim məsləhət verib.

Onun sözlərinə görə, kortizol bədənimizdə dolaşarkən nəbz sürətlənir, qan təzyiqi yüksəlir və əzələlər sıxılır: "Bütün bunlar olarkən kortizol da məhdudlaşır. Belə bir stress vəziyyəti qalıcı olarsa, yəni xroniki vəziyyətə gələrsə, kortizol iltihabı məhdudlaşdıran bir amil kimi qəbul edilməyə son qoyur. Başqa sözlə, xroniki stress bədənin kortizol varlığına alışmasına səbəb olur və daha çox reaksiya verir".

"Bu səviyyədə iltihab əslində immunitet sisteminin həddindən artıq yüklənməsindən qaynaqlanır. Belə bir vəziyyətdə immunitet sisteminin xəstəliklərlə mübarizə aparması çətinləşir. İltihab xəstəliklərə səbəb olan təsirlərin artmasını sürətləndirir".

Həkim son olaraq bunları qeyd edib: "Bu gün xroniki stress ürək xəstəlikləri, şəkərli diabet və hətta xərçənglə əlaqələndirilir. Bir çox tədqiqatçı, Covid-19 kimi tənəffüs xəstəliklərində ağciyərlərdə həddindən artıq yanğının sətəlcəm inkişafını sürətləndirəcəyinə inanır. Nəticələrin ölümcül ola biləcəyi bildirilir".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə