Covid-19 pasportu olanlar hansı üstünlüyə malik olacaq? - HƏKİM-İNFEKSİONİST AÇIQLADI
"Azərbaycanda 2021-ci ilin yanvarın 18-dən peyvəndlənmə prosesinə başlanılıb". Bunu SİA-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev deyib.
Namiq Nəbiyev vurğulayıb ki, artıq 1 milyon yarıma qədər əhalidə peyvəndlənmə işləri aparılıb: "Operativ Qərargahın verdiyi son qərara əsasən, artıq may ayının 31-dən etibarən Bakı Metropoliteni işləyir və açıq havada maska taxmaq qadağası aradan götürülüb. O cümlədən, digər sahələrdə də yüngülləşmə getdiyinə və peyvəndləşmə sürətli aparıldığına görə, məsləhət olunur ki, Covid-19 pasportu alınsın. Xəstəliyə yoluxma və ölüm faizi son zamanlar çox azalıb. Bununla əlaqədar olaraq, bizdə peyvəndləşmə işi aparılarkən, ilk gündən demək olar ki, bütün dünya ölkələrində həmçinin, bizdə peyvəndləşmənin aparılması ilə əlaqədar Covid-19 pasportu verilir.
Covid-19 pasportun mahiyyəti ondan ibarətdir ki, vurulan peyvəndin sıra nömrəsi yazılır, peyvəndin adı qeyd olunur, peyvəndin vurulması tarixi göstərilir və müvafiq qeydiyyatlar aparılır. Bu isə bizə onu deməyə əsas verir ki, həmin şəxs hansı ölkənin və hansı şirkətin buraxdığı peyvənddən istifadə edib. İnsanlarda immun sisteminin və xəstəliyin yayılmasını göstərir. Təbii ki, biz dəfələrə müraciət edirdik ki, insanlarımız vaxtında peyvənd vurdursunlar. Ölkəmizin 80 faiz əhalisi peyvəndlənmədən keçməlidir ki, qadağalar aradan götürülə bilsin. Operativ Qərargahın verdiyi qərara əsasən, peyvənd olunmayan insanlar qapalı müəssisələrdə işləyə bilməz. Covid-19 pasportu olmayanların xarici ölkələrə getmələri qadağandır. Bir dövlətdən digər dövlətə keçərkən Covid-19 pasportu tələb olunur. İnsanlarımız ev şəraitində onlayn qaydada növbə götürərək istədiyi vaxtı təyin edib, peyvəndlənmədə iştirak edə bilərlər. Məsləhətdir ki, insanlarımız peyvəndləşmədə iştirak edib Covid-19 pasportu alsınlar ki, qapanmalar aradan qalxsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB