Koronavirus İtaliyada yaranıb?

Dünyada milyonlarla insanın ölümünə səbəb olan koronavirusun mənşəyi ilə bağlı araşdırmalar davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dünyada 3 milyondan çox insanın ölümünə səbəb olan epidemiyanın mənşəyi haqqında daha çox məlumat almaq üçün beynəlxalq təzyiq artır.

Covid-19 virusu ilk dəfə 2019-cu il dekabr ayında Çinin Yuhan şəhərində qeydə alınıb. 2020-ci il fevral ayında İtaliyanın Milan şəhərində bir gəncdə koronavirus aşkar edilib. Keçən il aparılan bir araşdırmada 2019-cu ildə İtaliyada virusa qarşı antikorların və ya bir variantın aşkar edildiyi irəli sürülüb.

Bu, Çin dövlət mediasının virusun Çində meydana gəlmədiyini iddia etməsinə səbəb olub. Lakin italiyalı tədqiqatçılar tapıntıların virusun harada və nə vaxt ortaya çıxdığına dair suallar doğurduğunu vurğulayıblar.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə