38 min 889 doza vaksin vurulub - AZƏRBAYCANDA

38 min 889 doza vaksin vurulub - AZƏRBAYCANDA

Mayın 29-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 38 min 889 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 min 8, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 4881 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 208 min 74-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 313 min 364, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 894 min 710 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə