“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərinin yeni virusla bağlı dediyi fikirlərə onu deyə bilərəm ki, koronavirusdan sonra mutasiya olunmuş hər hansı virusun yayılmasından söhbət gedə bilməz. Bu xəbər özünü hələ ki, elmi əsaslarla təstiq etməyib. Gedişata görə, mutasiyalaşmış, yəni koronavirusdan sonrakı formalar ki yaranır təbii ki, bunlar ağırlaşmış vəziyyət yaratdığına görə, gözləntilər fərqlidir”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Namiq Nəbiyev deyib.
Həkim sözlərinə belə davam edib: “Bu ağırlaşmış vəziyyət yaratdığına görə, yayılma dərəcəsi koronavirusdan ağırdır. Bu da onun müalicəyə gec tabe olmasından asılı ola bilər. Bu da koronavirusdan sonrakı ağırlaşmaların fonunda yarana bilər. Lakin, bunun bu günə qədər elmi əsası yoxdur”.
Qeyd edək ki, bir müddət öncə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus açıqlamasında bunları demişdir: “Bəşəriyyət gec-tez yeni bir pandemiya ilə üzləşəcək və o, indiki ilə müqayisədə daha təhlükəli olacaq. Bu virusdan da yoluxucu və ölümcül bir virus peyda olacaq. Məhz viruslarla mübarizə dövlətlərin bir-birilə rəqabət aparmamalı, əksinə, əməkdaşlıq etməli olduğunu göstərir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB