“Niyə SSRİ-də hamı bir stəkandan su içdi və xəstələnmədi?”

“Niyə SSRİ-də hamı bir stəkandan su içdi və xəstələnmədi?”

“…Uşaqların dayısı evimizin daimi qonağı olmasa da, bu günlərdə bizə gəlmişdi. Biz nahar etmişdik deyə, qızım onun üçün yenidən nahar süfrəsi açdı. Evdə olan iki nəvəm də, dayılarından gördüyü qayğı və nəvazişə rəğmən, ona tez isinişdilər. Ətrafından əl çəkmədilər. Bir müddət sonra getməyə hazırlaşan uşaqların dayısı dünəndən bəri özünü yaxşı hiss etmədiyini, hətta deyəsən, qripə yoluxduğunu bildirdi.

Deyim ki, həmin günün səhəri balaca nəvəmin istiliyi artdı. Anası, nənəsi əl-ayağa düşdülər. Yoldaşım, hətta nəvəsini “qripə yoluxdurduğuna görə” qardaşının qarasınca da xeyli deyindi...

...Bunları mənə danışan tanışımı dinləyərkən, nədənsə, yadıma bu günlərdə rus saytlarından birində oxuduğum yazı düşdü.

Bilirsiniz yazıda nədən danışılırdı? Sovet dövründə əksər şəhər küçələrində qoyulmuş avtomatla işləyən qazlı su balonlarıdan. Qeyd edək ki, sovetlər dövründə yaşayanlar bunu yaxşı xatırlamış olarlar: şərbətsiz bir qəpik, şərbətli üç qəpik. Maraqlısı isə budur ki, bu avtomatlarda qoyulan və sadəcə olaraq, yaxalanan su stəkanlarından gün ərzində minlərlə adam istifadə edirdi. Yəni, indikindən fərqli olaraq, nə qaynadılmayan, nə də ağardıcı və ya hətta adi sabunlu su ilə yuyulmayan, simvolik olaraq soyuq su ilə yuyulan bu stəkanlardan heç kimə infeksiya keçmirdi. Nə böyüklərə, nə də uşaqlara. Maraqlıdır, bunun sirri nədəydi?

Bu gün bunların olub-olmaması ilə bağlı bir neçə fərziyyə də var: niyə həmin ərəfədə təmiz yuyulmayan stəkanlar sifilis, vərəm, herpes və digər xoşagəlməz xəstəliklərin epidemiyasına səbəb olmadı? Qeyd edək ki, bu gün bəzi həkimlər həmin ərəfədə yoluxma hallarının olduğuna əmindir, lakin bu barədə danışmağa icazə verilmədiyini bildirirlər.

Əslində, elm sübut edir ki, dodaqlarınızla toxunduğunuz stəkandan sizi hepatit, vərəm və ya sifilis tutma ehtimalı sıfıra bərabərdir. Çünki sifilis cinsi yolla, hepatit isə qan yolu ilə yoluxur, vərəm çöpü isə şüşəyə dəyərək, ümumiyyətlə, ölür. Bundan əlavə, adi stəkandan HİV-ə yoluxma təhlükəsi yoxdur.

...Ümumiyyətlə, hazırda bir çox həkimlər bütün yoluxmaları zəifləmiş immunitet sistemində görürlər. Güclü bir orqanizm isə belə bir hücumu problemsiz bir şəkildə dəf edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə