Hər il 10 milyondan çox insan - Bu xəstəliklə qarşılaşır

Hipertenziyanın dünyadakı erkən ölümün əsas səbəblərindən biri olduğunu söyləyən türk həkim Bilal Boztos onun çağımızın ən çox yayılan xroniki xəstəliklərindən biri olduğunu və dünyada hər il 10 milyondan çox insanın ölümünə səbəb olduğunu deyib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, riskin aşağı düşməsinin ən vacib yollarından biri də duz qəbulunun azaldılmasıdır. 2-3 qram, yəni təxminən 1 çay qaşığı duz gündəlik ehtiyacımızı qarşılayır.

Kardiologiya şöbəsinin müdiri Bilal Boztosun sözlərinə görə, hipertansiyon dünyada bir milyarddan çox insana təsir edir: “Dörd kişidən və beş qadından birində olan hipertansiyon, günümüzün ən çox görülən xroniki xəstəliklərindən biridir. Ürək-damar, beyin riskini artırır və böyrək xəstəliklərə şərait yaradır. Hipertansiyon hər il dünyada 10 milyondan çox insanın ölümünə səbəb olur”.

Təzyiqin hipertoniya səbəbindən artdığını dilə gətirən həkim sözlərinə davam edib: "Ürək bədəndə dolaşan qanı qan damarları vasitəsilə pompalayır. Normal qan təzyiqi təqribən 120/80 mm civə sütundur. Yüksək qan təzyiqinə sahib olmaq bu qanın bədənə və ya damarlarına atdığı qüvvənin çox güclü olması deməkdir. Bu qüvvə damarlara və ürəyə çox təzyiq edir. İdarə olunmazsa infarkt və ya insulta səbəb ola və hətta ölümcül ola bilər. Eynilə ürəyə gedən damarlar daraldıqda onlardan axan qan miqdarı azalır, qan çatdığından əmin olmaq üçün damarlar daha da uzanır. Buna görə də qan təzyiqi yüksəlir. Həyat tərzinizdə hipertoniya riskini azaltmağa kömək edəcək bir çox dəyişiklik var. Ən vacibi duz qəbulunu azaltmaqdır”.

Günlük 1 çay qaşığı duz kifayətdir

Duz istehlakına diqqət edilməliyik: “Duz təkcə yeməyimizə ləzzət qatmır, eyni zamanda bədənimizin işləməsi üçün tələb olunan əsas mineral olan sodyum mənbəyidir. Ancaq illər keçdikcə insanlar duzdan lazım olduğundan daha çox istifadə etməyə başlayıblar. Nəticədə çox insan piylənmə, qan təzyiqi və ürək problemləri kimi xəstəliklərə meyllidir.Texnik olaraq gündə 2-3 qramdan çox duz istehlak etməməliyik. Yəni təxminən 1 çay qaşığı duz gündəlik ehtiyaclarımızı qarşılayacaq”.

Sağlam olmaq üçün bunları nəzərə alın

Həkim Covid-19-dan qaçmaq üçün yüksək qan təzyiqi xəstələrinə məsləhət verib: “Dərmanlarınızı mütəmadi olaraq qəbul edin. Yüksək qan təzyiqi və digər sağlamlıq vəziyyətlərini müalicə etmək üçün yanınızda kifayət qədər dərman olduğundan əmin olun. Evdə BP aparatları ilə təzyiqinizi yoxlayın. Təzyiqiniz 140/90 mm Hg-dən yuxarıdırsa, həkiminizə müraciət edin. Evdə qalın və sosial məsafəni qoruyun. Əl gigiyenasına diqqət yetirin. Gündəlik fəaliyyət səviyyəniz xeyli azaldığından evdə bəzi məşqlər etməyə çalışın. Həftənin ən az 5 günü, ümumilikdə 30 dəqiqə və ya daha çox gəzin. Ürək böhranı və insult riskini azaltmaq üçün hər cür tütün və siqaretdən çəkinin. Sağlam pəhriz qan təzyiqi idarə etmək, infarkt, insult riskini azaltmaq üçün vacibdir. Meyvə, tərəvəz, taxıl və yüksək lifli qidalar, yağsız və az yağlı süd məhsulları ilə zəngindir. Duzdan əlavə şəkərdən də çəkinin”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə