Daha 1262 nəfər COVID-19-dan sağaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 1 262 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 3 328 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 312 460 nəfər müalicə olunaraq sağalıb, 4754 nəfər vəfat edib, aktiv xəstə sayı 11 780 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7494, ötən müddət ərzində isə ümumilikdə 3 368 394 test aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə