Pentaqon koronavirusa qarşı mikroçip yaratdı – İNSANLARI İZLƏYƏCƏK

Pentaqon koronavirusa qarşı mikroçip yaratdı – İNSANLARI İZLƏYƏCƏK

Pentaqonda çalışan alimlər koronavirusla mübarizə məqsədilə yeni mikroçip yaradıblar. SİA Amerika mediasına istinadən xəbər verir ki, mütəxəssislər yaradılan çipin yoluxma şübhəsi mövcud olan hər kəsin bütün hərəkətlərini izləmək məqsədilə daşıdığını açıqlayıblar. Belə ki, bu mikroçip insanlarda COVID-19 virusunu əvvəlcədən müəyyən edə biləcək.

“Onu dərinizin altına yerləşdirirsiniz və sizə bədəninizdə hansı kimyəvi reaksiyalar olduğunu göstərir. Bu siqnal sabah simptomların üzə çıxacağını göstərir”, - deyə Pentaqondan bildirilib.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin bu açıqlaması həm Amerika, həm də dünya ölkələrində ictimaiyyət tərəfindən qəzəblə qarşılanıb. Analitiklər bu əməliyyatın insanları nəzarət altına almaq və idarə etmək məqsədi daşıdığını bildirirlər.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə