"Peyvəndin effektivliyini bu addımlar pozur”

İsraildə aparılan bir araşdırmaya görə, Pfizer və BioNTech-in Covid-19 peyvəndi Cənubi Afrikada aşkar edilən koronavirus variantına qarşı daha az təsirli olub. Belə ki, bir və ya iki doza peyvənd aldıqdan sonra 14 gün və ya daha çox gün ərzində Covid-19 üçün müsbət nəticə verən təxminən 400 nəfər aşılanmamış eyni sayda xəstə ilə müqayisə edildi.

İsrailin ən böyük səhiyyə təminatçısı Təl-Əviv Universiteti və Clalit tədqiq edilən bütün insanlar arasında Cənubi Afrika variantının B.1.351-in Covid-19 hadisələrinin yüzdə 1-i olduğunu görüb.

Bununla yanaşı, iki doza peyvənd alanlar arasında variantın yayılma nisbəti aşılanmayanlara nisbətən səkkiz dəfə çox idi.

Xatırladaq ki, Türkiyə koronavirus peyvəndi Pfizerin istifadəsinə başlayıb.

Tədqiqatlar nəticəsində Modernanın Covid-19 peyvəndi Pfizer-BioNTech-dən daha çox yan təsir göstərdiyi məlum olub.

“Cənubi Afrika variantı müəyyən dərəcədə peyvəndin qorunmasını poza bilər”.

Tədqiqatçılar, peyvəndin Cənubi Afrika variantına qarşı digər variantlarla müqayisədə daha az təsirli olduğu qənaətinə gəliblər.

Təl-Əviv Universitetindən Adi Stern bildirib ki, "Cənubi Afrika variantının peyvənd edilməmiş qrupla müqayisədə ikinci doza ilə aşılanan insanlar arasında nisbətsiz dərəcədə daha yüksək olduğunu gördük".

Tədqiqatçılar eyni zamanda araşdırmanın, ölkədəki virusun Cənubi Afrika variantına yoluxanların sayının az olması səbəbindən kiçik bir qrup insan arasında aparıldığını da qeyd ediblər.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə