Koronavirus zamanı qan laxtalanmasından necə qurtulmalı?

Rusiyalı həkimlərin müşahidələrinə görə, koronavirus infeksiyasına yoluxmuş bir çox xəstədə tromboz inkişaf edir. SİA bu barədə Moskva bölgəsi Səhiyyə Nazirliyinin baş mütəxəssis-kardioloqu Maria Qlezer dediklərinə istinad edir.

Koronavirus infeksiyasına yoluxan insanların damarlarda qan axışına təsir edir, yəni infeksiya səbəbiylə qan axını yavaşlayır.

Rusiyalı kardioloq trombozun qarşısının alınması üçün gündə bir yarım-iki litr maye içməyi məsləhət görür. Bununla birlikdə, böyrəyində problemi olanlar üçün bu həddi aşmamaq vacibdir. Kardioloq deyir ki, heç bir ürək gündə beş litr su ilə işləyə bilməz.

Mütəxəssis, qan seyrək dərmanların yalnız həkimlərin göstərişi və ya koronavirus şiddətli olduğu halda içilməli olduğunu məsləhət görüb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə