"Hamılıqla vaksinləşmə prosesinə qoşulsaq,.." MƏRKƏZ SƏDRİ AÇIQLADI

"Hamılıqla vaksinləşmə prosesinə qoşulsaq,.." MƏRKƏZ SƏDRİ AÇIQLADI

“COVİD-19 pandemiyası yayılmağa başlayanda virusun təsirini azaltmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün Azərbaycanda profilaktik tədbirlər görüldü. Artıq bir ildir ki, bu tədbirlər davam edir. Azərbaycanda koronavirus qurbanlarının sayının digər ölkələrlə müqayisədə xeyli az olması da ilk növbədə bununla bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Qeyd edib ki, Azərbaycan xalqı savadlı olduğu üçün təhlükəni vaxtında dərk etdi, dövlət tərəfindən tətbiq olunan məhdudiyyətləri anlayışla qarşıladı: “Eyni fikri vaksinləşmə prosesinə də şamil etmək oalr. Bu gün Azərbaycan peyvənd olunan əhalinin sayına görə MDB məkanında birinci yerdədir. Hesab edirəm ki, bayram tətili arxada qaldığı üçün qarşıdakı günlərdə bu proses daha geniş vüsət alacaq. Çünki peyvənd olunanlar olunmayanlara çağırış edir, onları həvəsləndirir. Təbii ki, bu prosesdə KİV-lərin rolunu danmaq olmaz. Yüksək səviyyədə təşkil olunan təbliğat kampaniyası da öz bəhrəsini verir”.

Seymur Verdizadə deyib ki, peşə fəaliyyəti ilə əlaqədar olaraq peyvəndlənmə kampaniyasını yaxından izləyir: “Yaradılan şərait, tətbiq olunan mexanizm qənaətbəxşdir. Hamılıqla vaksinləşmə prosesinə qoşulsaq, bu bəladan daha az itliylə çıxa bilərik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə