""Britaniya ştamı"nın aktiv fazaya keçmə ehtimalı var" İNFEKSİONİST AÇIQLADI
"Yeni koronavirus növü olan (Covid-19) "Britaniya ştamı"nın aktiv fazasına keçməsi ehtimalı var". Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev bildirib.
İnfeksionist sözlərinə əlavə edərək bildirib ki, Covid-19-un mutasiya olunmuş Britaniya variantının Azərbaycanda aşkarlanması təsdiqini tapıb: "Xatırladaq, iki gün bundan öncə İngiltərədən təyyarə ilə gələn şəxsdə təkrar müayinə zamanı Britaniya ştamı aşkar olunub. Ümumiyyətlə, xaricdən gələn şəxslər pandemiyaya görə təyyarə ilə gələn zaman koronavirus olmadığını göstərən sənəd əsasında digər ölkəyə keçid edirlər. İngiltərədən gələn şəxsin analiz verməsinə baxmayaraq 14 gün müdddətində xəstəliyə tutulub və təyyarə ilə eniş olduğu zaman təkrar müayinə zamanı aşkar olunub ki, koronavirusun mutasiyasına yoluxub. Təbii ki, bu şəxs Azərbaycan dövləti tərəfindən nəzarətə götürülüb və bütün müayinələri davam etdirilir.
Bilirsiniz ki, bizim dövlətdə vaksinasiya sürətlənmişdir. İnsanlarımızın bir qismi artıq bu prosesdən keçiblər. Mütəxəsssislər elmi tərəfdən sübut edib ki, vaksinləşmə aparılan zaman virusun mutasiya keçirməsinə baxmayaraq istifadə etdiyimiz peyvəndlər xəstəlik prosesinin qarşısını ala bilər. Buna görə də peyvəndlənmə işini sürətləndirməliyik və vətəndaşları bu prossesə cəlb etməliyik. İnsanlar özlərini qorusalar və qaydalara riayət etsələr bu prosesdən daha asan qurtulacaqlar. Operativ Qərargahın məlumatına görə, iyun ayının 1-ə qədər xüsusi karantin rejmi davam edəcək. Bu isə o deməkdir ki, biz bir müddət özümüzü qorumalı və kütləvi tədbirlərin aparılmamasına diqqət etməliyik. Qeyd edim ki, qışda olan virusun fazası ilə yayda olan aktivlik arasında müəyyən fərqlər var. İndi daha az ölüm sayı olur və xəstəliyin ağırlıq dərəcəsi də keçən qış kimi deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB