Çağrı Mərkəzi Novruz bayramı günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzi bayram günləri də daxil olmaqla 7/24 müddətində fəaliyyət göstərir. Çağrı Mərkəzinin əməkdaşları Hospitala daxil olan bütün zənglərin qəbulunu təmin edir, müraciətləri operativ şəkildə və keyfiyyətlə cavablandırırlar.
Koronavirus pandemiyası dövründə Mərkəzi Gömrük Hospitalında COVID-19 xəsətələrinin səhhəti ilə bağlı məlumat almaq üçün telefon bağlantısı əsas əlaqə vasitəsinə çevrilib. Hospitalda müalicə alan COVID-19 xəstələrinin yaxınları Çağrı Mərkəzi vasitəsilə pasiyentlərin vəziyyəti ilə maraqlana, həkimlərlə danışa bilirlər.
Çağrı Mərkəzinin əməkdaşları həkim-koordinator Gülşən Şahverdiyeva, tibb qeydiyyatçıları Cəmilə Hacıyeva, Nigar Zeynalova və kommutatorlar Gülnarə Əliyeva, Ülkər Babayeva, Nərminə Dəmirova, Gülçöhrə Budaqova və Şəms Şərifova gecə və gündüz növbələrində çalışaraq, Çağrı Mərkəzinin fasiləsiz fəaliyyətini təmin edirlər. Bu gülərüz xanımların gözəl rəftarı, səmimi ünsiyyəti və diqqəti bura zəng vuran hər kəsə Hospital haqqında xoş təəssüratlar bağışlayır.
Çağrı Mərkəzinə sutka ərzində 100-ə yaxın müraciət daxil olur. Hospitalın Çağrı Mərkəzi günün müxtəlif saatlarında bura müraciət edən insanların sorğularını cavablandıran kiçik bir informasiya qovşağıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB