Hamilə qadınlar COVID-19 əleyhinə qoruyucu anticisimləri uşaqlarına ötürürlər

Amerika alimlərinin apardıqları tədqiqatın nəticələrinə əsasən COVID-19-dan qoruyan anticisimlər anadan körpəyə bətndə ötürülə bilir. Bu barədə SİA "American Journal of Obstetrics and Gynecology" jurnalına istinadən bəyan edib. Bu kəşf hamilə qadınların koronavirusa yoluxandan sonra orqanizmdə yaranan qoruyucu anticisimləri bətnlərindəki körpələrə ötürmələri ilə bağlı fikirləri bir daha təsdiqləyir. Alınan məlumatlardan da belə bir qənaətə gəlmək olur ki, gələcək anaların peyvənd olunması yeni doğulan körpələr üçün faydalı olacaq. Tədqiqatın baş müəllifi doktor Yavəy Cenni Yanq və onun komandası 2020-ci ilin mart və may ayları arasında doğuş edən 88 qadının qan nümunələrini analiz ediblər. Bütün qadınların qanında COVID-19-a qarşı anticisimlər aşkarlanıb ki, bu da onların nə vaxtsa virusla qarşılaşdıqlarını göstərir. Amma bununla belə, bu qarşılaşma onların 58 faizində simptomsuz keçib. Bu qadınlardan doğulan körpələrin 78 faizində anticisimlər göbək qanında aşkarlanıb. Körpələrin heç birinin birbaşa virusa yoluxması və doğuşdan dərhal sonra onların COVID-19 testlərinin mənfi çıxması barədə məlumat əldə olunmayıb. Bu da anticisimlərin plasentadan keçdiyini göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...