Mərkəzi Gömrük Hospitalının pediatrı Təranə Göyüşova canlı yayımda
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı pediatrı Təranə Göyüşova 12 fevral 2021-ci il tarixində saat 12.00-da “Uşaqlarla yola çıxdıqa hansı dərmanlar götürülməlidir?” mövzusunda canlı yayımda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq.
Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.
Qeyd edək ki, Dr.Təranə Göyüşova 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Pediatriya İnstitutunda İnternatura keçmişdir.
1992 -2009-cu illərdə Dövlət və özəl tibb müəssisələrində pediatr-neanatoloq-reanimatoloq vəzifəsində çalışmışdır. 2007-ci ildə Avstriyada, Graz Landeskrakenhhaus Universitet klinikasının neonatologiya şöbəsində, 2009-cu ildə Türkiyənin Hacettepe Universitetinin uşaq xəstəxanasında, həmin ildə Avstriyada, Graz Landeskrakenhhaus Universitet klinikasında, 2010-cu ildə Türkiyənin Ankara Universitetinin uşaq xəstəxanasında yenidoğulmuşların reanimasiya şöbəsində, 2018-ci ildə Avstriyada, Medical University of Graz-ın Pediatriya departamentinin yenidoğulmuşlar şöbəsində çalışmışdır.
Dr.Təranə Göyüşova öz üzərində daim çalışan, müxtəlif ölkələrdə keçirilən forumlarda, konfranslarda müntəzəm iştirak edən, biliklərini artıran və iş təcrübəsində bu bilikləri tətbiq edən təcrübəli uşaq həkimidir. O, 2003-cü ildə Avstriyada keçirilən Pediatrik kardiologiya, 2013-cü ildə Türkiyədə keçirilən Neonatoji konqresdə, 2014-cü ildə Belçikada Beynəlxalq Pediatrik Pulmonologiya konqresində, 2015-ci ildə Türkiyədə keçirilən İtaliyan-Türk-İran Pediatrik konqresində, 2016-cı ildə Almaniyada Spandau LKH-də neontoloji intensiv terapiya kursunda, 2018-ci ildə Azərbaycanda keçirilən Neonatologiya üzrə Azərbaycan-Türkiyə 1-ci intensiv təlim kursunda və digər beynəlxalq tədbirlərdə iştirak etmişdir. 2014-ci ildən Səhiyyə Nazirliyinin neonatal xidmətinin təkmilləşdirilmə komissiyasının üzvüdür.
1992-ci ildən əmək fəaliyyətinə pediatr-neonatoloq-reanimatoloq kimi başlayan və bu günə qədər fasiləsiz olaraq sevdiyi bu peşə ilə məşğul olan DR.TƏRANƏ GÖYÜŞOVA Mərkəzi Gömrük Hospitalının Neonatologiya bölümündə vaxtında və vaxtından əvvəl doğulmuş uşaqlara ilk reanimasiyon yardım və sonraki təqib, traxeya intubasiyası, mərkəzi damarların kateterizasiyası, Pediatriya bölümündə - usaqların ümumi müayinəsi, diaqnostikası və müalicəsi (ürək-qan-damar tənəffüs, mədə-bağırsaq, ifrazat, sinir sistemləri), vaksinasiyanın aparılması və s. işləri həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB