Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı uşaq cərrahı Dr. Vüsal Cəfərov 18 fevral 2021-ci il tarixində saat 12.00-da “Uşaqlarda ən çox rast gəlinən cərrahi xəstəliklər” mövzusunda canlı yayımda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq. Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook və instaqram səhifələri üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.
Qeyd edək ki, Dr. Vüsal Cəfərov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirdikdən sonra 2011-2016-cı illərdə İstanbul Cərrahpaşa Universitetinin Tibb fakültəsinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsində uzmanlıq təhsili almışdır. Dr. Vüsal Cəfərov 2016-cı ildən etibarən Mərkəzi Gömrük Hospitalında uşaq cərrahı kimi çalışır. O, uşaqlarda anadangəlmə inkişaf qüsurlarını, yenidoğulmuş uşaqların cərrahi problemlərini, müxtəlif növ uşaq uroloji əməliyyatlarını, uşaqlarda rast gəlinən təcili patalogiyaları həm açıq cərrahiyyə, həm də laparoskopik üsulla icra edir.
O, dünya mətbuatını mütəmadi olaraq izləyir, tibb elminin nailiyyətləri ilə tanış olur, onları öyrənir və öz təcrübəsində tətbiq edir. Dr.Vüsal Cəfərovun “Xayanın xayalıqdan kənar yerləşməsi” elmi məqaləsi 12 oktyabr 2019-cu il tarixində “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Journal of Pediatric Surgery Case Report” jurnalının online versiyasında ingilis dilində işıqlanıb. Dr. Vüsal Cəfərov Türk Təbiblər Birliyinin, Türk Uşaq Cərrahiyyəsi Dərnəyinin, Türk Hipospadiya Dərnəyinin üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB