Ermənistanda koronavirusa yoluxanların sayı 159 738 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, son sutka ərzində 329 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 8 nəfərin ölümü qeydə alınıb.
Bugünədək Ermənistanda 2836 nəfər koronavirusdan ölüb.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB