Rezidenturanı bitirənlərin təyinat alma vaxtı dəyişdirilib - Səhiyyə Nazirliyi

Rezidenturanı bitirənlərin təyinat alma vaxtı dəyişdirilib - Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi rezidenturanı bitirən şəxslərin təyinat vaxtı ilə bağlı məlumat yayıb.

Nazirlikdən SİA-ya verilən məlumatda bildirilir ki, noyabr ayında imtahan verib rezidenturanı bitirənlər üçün dekabr ayında keçirilməli olan təyinatın vaxtı dəyişdirilib. Pandemiya ilə əlaqədar təyinatın yanvar ayında keçirilməsi planlaşdırılır.

Bu barədə Səhiyyə Nazirliyinin rəsmi saytında öncədən məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə