Azərbaycanda daha 2 961 nəfər koronavirusa yoluxub

Azərbaycanda daha 2 961 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 2 961 yeni yoluxma faktı qeydə alınıb, 4 317 nəfər sağalaraq evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 202 088 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 139 779 nəfər müalicə olunaraq sağalıb, 2 210 nəfər vəfat edib, aktiv xəstə sayı 60 099 olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 515, bu günə qədər isə ümumilikdə 2 063 754 test icra olunub.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə