ÜST rəhbəri özünü təcrid edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus koronavirus infeksiyası ilə əlaqədar özünü təcrid edib. SİA-nın məlumatına görə, bunu ÜST rəhbəri öz “Twitter” səhifəsində yazıb.

O, COVID-19-a yoluxmuş şəxslə ünsiyyətdə olduğunu öyrəndiyini deyib. Nəticədə T.Gebreyesus özünütəcrid rejiminə keçib.

O, özünü yaxşı hiss etdiyini, hər hansı bir simptomun olmadığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə