Azərbaycanda vərəm xəstələrinin sayı azalıb

Azərbaycanda müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan vərəm xəstələrinin sayı azalıb. SİA xəbər verir ki, 2019-cu ildə Azərbaycanda müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan vərəm xəstələrinin sayı 8 257 nəfər olub. Bu say 2010-cu ildə 12 469, 2015-ci ildə 9 695, 2018-ci ildə 8 684 olub.

Keçən il 3 613 nəfərə ilk dəfə vərəm xəstəliyi diaqnozu qoyulub. Ötən il vərəm diaqnozu qoyulanların 2 783 nəfərinə ağciyər vərəmi diaqnozu qoyulub.

2019-cu ildə vərəm diaqnozu qoyulanların 2 415 nəfəri kişi, 1 198 nəfəri qadındır. Vərəm diaqnozu qoyulanların çoxu - 1 178 nəfəri 18-29 yaşlı şəxslərdir. Ötən il vərəm diaqnozu qoyulanları arasında 142 nəfər 13 yaşadək olan uşaq da olub.

Digər layihələrimiz


Tərəfdaşlarımız


VTB